Dek 07, 2015 17:25 Asia/Baku
  • Rəcəb Tayyib Ərdoğan
    Rəcəb Tayyib Ərdoğan

Bir məlumata əsasən təxminən 100 nəfər Rəcəb Tayyib Ərdoğanın iqtidara gəldiyi zamandan Türkiyə prezidentinə hörmətsizlik adı altında həbs olunub.

Səhər Beynəlxalq Televiziyasının Zaman qəzetinə istinadla verdiyi məlumata görə, Türkiyə hökumətinin ana müxalifəti CHP bu ölkədəki insan haqlarının şəraiti barədə bir hesabat yayımlayaraq ötən 10 ayda prezidentə hörmətsizliyə görə qeyd olunan sayda şəxsin həbs olunduğunu bildirib.

CHP-nin Türkiyə parlamentindəki deputatı Sezgin Tanrıkulu bildirib: Bu ittihamla həbs olunan 98 nəfərdən 66-sı mühakimə olunub.

Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın iqtidara gəldiyi zamandan prezidentə hörmətsizlik edən şəxslərin saxlanılması prosesi güclənmişdir və bir çox jurnalist və incəsənət xadimi belə ittihamla üzləşmişdir.

Teqlər