Təcavüzkarların hücumuna grə Yəmən vətəndaşlarının vəziyyəti acınacaqlıdır
-
Təcavüzkarların hücumuna grə Yəmən vətəndaşlarının vəziyyəti acınacaqlıdır
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya hücumlarının davam etməsi və Yəmənin mühasirəsi bu ölkə vətəndaşlarının böhranlı vəziyyətini şiddətləndirib.
Səhər Beynəlxalq Televiziyasının əl-Aləm telekanalının internet portalına istinadla verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı Yəmən vətəndaşlarının problemlərinə etina etmədən bu ölkənin müxtəlif bölgələrinə hücumları davam etdirir, eləcə də Yəməni dəniz, hava və qurudan mühasirəyə alaraq insan faciəsi, ərzaq və ilkin ehtiyacların çatışmazlığına səbəb olmuşdur.
Ərəbistan BMT-nin müraciətlərini görməməzliyə vuraraq humanitar yardımlar aparan gəmilərin Yəmən sahillərinə yaxınlaşmasına mane olur.
Belə bir şəraitdə beynəlxalq təşkilatlar xəbərdarlıq ediblər ki, mühasirəyə görə Yəməndə aclıq, dərman preparatı və ərzaq çatışmazlığı artıb və Yəmənin 22 vilayətindən 10 vilayətinin sakinlərinin qida təhlükəsizliyi yoxdur.
Beynəlxalq təşkilatların bildirdiklərinə əsasən, Ərəbistanın 8 aylıq təcavüz və mühasirəsinə görə, Yəmən vətəndaşlarının təxminən 14 milyon 500 min nəfəri ərzaq maddələrinə ehtiyaclıdır.