Yəmənli qüvvələr Ərəbistanın iki kəndini ələ keçiriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i200697-yəmənli_qüvvələr_Ərəbistanın_iki_kəndini_ələ_keçiriblər
Yəmən ordusu xalq komitələrinin dəstəyilə Ərəbistandakı iki kəndin nəzarətini ələ alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 12, 2015 05:43 Asia/Baku
  • Yəmənli qüvvələr Ərəbistanın iki kəndini ələ keçiriblər
    Yəmənli qüvvələr Ərəbistanın iki kəndini ələ keçiriblər

Yəmən ordusu xalq komitələrinin dəstəyilə Ərəbistandakı iki kəndin nəzarətini ələ alıb.

Əlməsirə telekanalının məlumatına görə, yəmənli qüvvələr cümə günü Ərəbistanda bir neçə hərbi mövqeyə hücumdan sonra bu ölkənin Cazan vilayətindəki Əlvasitə və Əlxadimə kəndlərini ələ keçiriblər.

Bu məlumata görə, yəmənli qüvvələr habelə həmin vilayətdə yerləşən Əlməhdəf məntəqəsinin yaxınlığındakı üç hərbi bazanın nəzarətini ələ alıb və Ərəbistanın bir neçə hərbi avtomobilini məhv ediblər.

Yəmənli qüvvələr həmçinin bir neçə raketlə Nəcran gömrük darvazalarına hücum ediblər ki, nəticədə bir qrup səudiyyəli hərbçi öldürülübdür.