Qəzzə zolağında bir şəhid, onlarla yaralı
Sionist rejim hərbçilərinin Qəzzə zolağındakı təcavüzkarlıqlarının davamında bir fələstinli şəhid olub, bir qrup fələstinli də yaralanıbdır.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, cümə günü Qəzzə zolağında baş vermiş toqquşmalarda Sami Şəuqi Mazi adlı fələstinli gənc sinə nahiyəsindən sionist hərbçilərin atəşlərinə tuş gələrək şəhid olub, onlarla nəfər də yaralanıbdır.
Digər bir xəbərə görə, Qəzzə zolağındakı tibb mənbələri fələstinli gənclərlə sionist hərbçilər arasında baş vermiş "hiddət cüməsi" toqquşmalarında 40-dan çox nəfərin yaralanmasından xəbər veriblər.
Döyüşlərin əsas məkanları Qəzzə şəhərinin mərkəzindəki Əlbric düşərgəsi, bu şəhərin şərqindəki "Nahil Əuz" bazası, şəhərin cənubundakı Əlfərayən və şimalında Bəyt Hanun keçidinin yaxınlığında yerləşən İrəz məntəqələri olub.
Həmçinin cümə günü İordan çayının qərb sahilində gedən döyüşlərdə daha iki fələstinli şəhid olub. Beləliklə, "hiddət cüməsi"ndə şəhid olmuş fələstinlilərin sayı 3 nəfərə, Qüds İntifazəsinin başlanmasından bəri şəhid olmuş fələstinlilərin sayı isə 121 nəfərə çatıb. Minlərlə nəfər də Qüds İntifazəsində yaralanıbdır.