Sionist rejim Qəzzə zolağına hava hücumları edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i200781-sionist_rejim_qəzzə_zolağına_hava_hücumları_edib
Sionist rejim ordusunun helikopterləri Qəzzə zolağının şimal və cənubuna hücum ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 14, 2015 05:50 Asia/Baku
  • Sionist rejim Qəzzə zolağına hava hücumları edib
    Sionist rejim Qəzzə zolağına hava hücumları edib

Sionist rejim ordusunun helikopterləri Qəzzə zolağının şimal və cənubuna hücum ediblər.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Səma İnformasiya Agentliyi yerli şahidlərə istinadla bildirib: İsrail rejimi ordusunun bir helikopteri raketlə Qəzzə şəhərinin şimal-qərbində əl-Sudaniyyə məntəqəsində Fələstinin dəniz polis mərkəzini hədəfə alıb.

Qəzzə zolağının cənubu da sionist rejim təyyarələrinin hücumuna məruz qalıb. Bu hücumların tələfatı barəsində məlumat verilməyib.

Sionist rejim ordusunun sözçüsü Qəzzə zolağının şimal və cənubuna hava hücumlarını təsdiqləyərək iddia edib ki, bu hücumlar fələstinlilərin işğal olunmuş Fələstinin cənubunda Aşdud sahil şəhərinə raket hücumuna reaksiya olaraq edilib.

Sionist rejim ordusunun İordan çayının qərb sahili və Qəzzə zolağında fələstinlilərə qarşı hücumlarının davam etdiyi və Qüds İntifazəsinin əvvəlindən indiyə qədər 121 fələstinlinin şəhid olduğu bir halda, bu rejim müxtəlif iddialarla öz cinayətlərini ört-basdır etmək niyyətindədir.