Dek 15, 2015 10:41 Asia/Baku
  • İŞİD üzvləri Ərrəmadidən qaçırlar
    İŞİD üzvləri Ərrəmadidən qaçırlar

İraqın Ələnbar Valilik Şurasının sədri terrorçu İŞİD qrupu üzvlərinin bu vilayətdəki Ərrəmadi şəhərindən qaçmalarından xəbər verib.

İraqın Bərasa xəbər agentliyinin məlumatına görə, İraqın Ələnbar Valilik Şurasının sədri Sabah Kərhut bazar ertəsi günü bildirib ki, İraqın təhlükəsizlik qüvvələrinin Ələnbar vilayətində irəliləmərləri və İraqın hava qüvvələrinin terrorçuların bu vilayətdəki mövqelərinə qarşı hava hücumlarının davam etməsi İŞİD-in bir çox üzvünün Fərat çayı ilə Ərrəmadini tərk etməsinə bais olub.

Ələnbar polisinin bildirdiyinə görə, İraqın təhlükəsizlik qüvvələri həmçinin Ərrəmadidən qaçmaqda olan bir qrup İŞİD-çi ilə toqquşublar ki, nəticədə terrorçulardan on bir nəfər öldürülüb.

İraqlı qüvvələr xalq qüvvələrinin köməyilə bu ölkənin müxtəlif məntəqələrində, xüsusən Ələnbar vilayətində terrorçularla mübarizədə uğurlar qazanıb və bəzi məntəqələri terrorçuların işğalından çıxarıblar. Bu uğurların ardınca İŞİD öz terrorçularının əhval-ruhiyyəsini qaldırmaq üçün iraqlı qüvvələrə qarşı terror hücumlarını artırıb və Ələnbarı tərk etmək niyyətindədir.

Teqlər