Türkiyənin cənub-şərqində təhlükəsizlik tədbirləri gücləndirilib
-
Türkiyənin cənub-şərqində təhlükəsizlik tədbirləri gücləndirilib
Türkiyənin cənub-şərqində, Diyarbəkirdə çıxan toqquşmada 7 nəfər həlak olub.
Əl-Məyadin telekanalının verdiyi məlumata görə, bu hadisənin ardınca Türkiyə rəsmiləri ölkənin cənub-şərqində təhlükəsizlik tədbirlərini gücləndirib və komendant saatı elan ediblər.
Bu toqquşmalar kürdlərin, təhlükəsizlik qüvvələrinin PKK yandaşlarına qarşı davamlı əməliyyatlar həyata keçirmələrinə etiraz etmələrinin ardınca baş verib. Narazı kütlə ötən həftələr ərzində təhlükəsizlik qüvvələri ilə PKK yaraqlıları arasında qızğın toqquşmaların şahidi olduğu Elsevər məntəqəsinə daxil olmağa çalışıblar.
PressTV isə Türkiyənin Diyarbəkir vilayətində, Silvan şəhərində partlayışın baş verməsindən xəbər verib. Bu hadisədə 3 polis əməkdaşı həlak olub, daha 3 polis də yaralanıb.
Türkiyədə təhlükəsizlik qüvvələri ilə PKK yaraqlıları arasında gedən toqquşmalar 2015-ci ilin yayında, 2 il davam edən atəşkəsin ardınca yenidən şiddətlənib.