Dek 17, 2015 09:43 Asia/Baku
  • Ali-Xəlifə hərbçiləri etirazçılara hücum ediblər
    Ali-Xəlifə hərbçiləri etirazçılara hücum ediblər

Ali-Xəlifə rejimi hərbçiləri Bəhreyn vətəndaşlarının dinc aksiyasını repressiya ediblər.

Səhər Beynəlxalq Televiziyasının əl-Loulou xəbər portalına istinadla verdiyi məlumata görə, Bəhreyn vətəndaşları ölkənin müxtəlif bölgələrində siyasi məhbuslara dəstəkləmək və vurğulamaq üçün aksiya keçiriblər. Ali-Xəlifə rejimi hərbçiləri etirazçılara hücum edərək bu aksiyanı yatırıblar.

Bəhreynli etirazçılar şüarlar verərək bildiriblər: Tələblərinə çatana qədər dinc aksiyaları davam etdirəcəklər.

Bəhreyn 2011-ci il 14 fevraldan Ali-Xəlifə rejiminə qarşı dinc etirazların şahididir.

Bəhreyn xalqı azadlıq, ədalətin bərqərar olunması, ayrı-seçkiliyin aradan qaldırılması və ölkədə seçilmiş quruluşun iqtidara gəlməsini tələb edir.

Teqlər