Sionist qəsəbələrin genişləndirilməsi layihəsi təsdiqlənib
Dek 17, 2015 11:36 Asia/Baku
İsrail rejimi sionist qəsəbələrin genişləndirilməsi üzrə yeni layihədən xəbər verib.
Səhər Beynəlxalq Televiziyasının Fələstin İnformasiya Mərkəzinə istinadla verdiyi məlumata görə, Qüdsü işğal etmiş rejimin sionist qəsəbələrin genişləndirilməsi üzrə yeni layihəsinə əsasən işğal olunmuş Qüdsdə Gilo qəsəbəsində yeni 891 mənzil inşa olunacaq.
Bu layihənin ötən ay yekun təsdiqi qərara alınmışdı. Lakin sionist rejim baş naziri Benyamin Netanyahu Vaşinqtona səfər etməzdən öncə bu layihənin təsdiqinin təxriə salınmasına göstəriş verdi.
Sionist rejim Fələstin bölgələri, o cümlədən Beytül-Müqəddəsdə sionist qəsəbələri inşa etməklə bu ərazilərdə əhali quruluşunu sionistlərin xeyrinə dəyişmək niyyətindədir.