Fələstin, Suriyanın birinci prioriteti
Dek 17, 2015 13:00 Asia/Baku
-
Fələstin, Suriyanın birinci prioriteti
Suriyanın informasiya naziri bu ölkə hökumətinin Fələstin amalını himayə mövqeyini vurğulayıb.
Suriyanın SANA xəbər agentliyinin məlumatına görə, İmran Əlzəəbi Dəməşqdə Əhməd Məcdəlaninin başçılıq etdiyi Fələstin Azadlıq Təşkilatının nümayəndə heyəti ilə görüşdə deyib ki, Fələstin məsələsi Suriyanın hökuməti və xalqının ən mühüm məsələsidir və rəsmi Dəməşq terrorçularla müharibəyə rəğmən, Fələstin amalı qarşısındakı öz milli mövqeyinə sadiq qalmaqda davam edir.
İmran Əlzəəbi Fələstin xalqının nailiyyətlərinin qorunması və onun gələcəyin qurulması üçün bir əsas götürülməsi vacibliyini vurğulayaraq, Suriyanın ikitərəfli əlaqələrin inkişafına hazır olduğunu bildirib.
Teqlər