İraq ordusu və peşmərgə qüvvələrinin anti-terror əməliyyatı
İraqlı qüvvələr bu ölkənin Ərrəmadi şəhərinin geniş bir hissəsini azad ediblər.
IRNA-nın məlumatına görə, Ələnbar Vilayət Şurasının sədri Səbah Əlkərhut deyib ki, bu vilayətin mərkəzi olan Ərrəmadi şəhərinin yetmiş faizi terrorçuların işğalından çıxarılıb və İŞİD bu əməliyyatda ağır tələfat və xəsarətə düçar olub.
Ərrəmadi şəhərinin azad edilməsi əməliyyatı iki ay bundan qabaq iraqlı təyyarə və vertolyotların dəstəyi ilə başlanıb və iraqlı rəsmilər bu qənaətdədirlər ki, bu əməliyyatın uzanmasının dəlillərindən biri, mülkilərin bu şəhərdə olmalarıdır. Son üç həftədə onun boşaldılması üçün böyük səy göstərilibdir.
İraqın xalq qüvvələri də bu gün İŞİD-in Samirra ətrafına hücumunu dəf ediblər.
Belə bir halda, İraq Kürdüstanı məntəqəsinin mediaları bildiriblər ki, kürd peşmərgə qüvvələrinin terrorçuların mövqelərinə qarşı hücumlarında 70 İŞİD-çi Mosul şəhəri ətrafında öldürülübdür.