Yəmən ordusunun xəbərdarlığı
-
Yəmən ordusunun xəbərdarlığı
Yəmən ordusu atəşkəsin Ərəbistanın başçılıq etdiyi təcavüzkarlar tərəfindən pozulmasının nəticələri haqda xəbərdarlıq edib.
Yəmənin Səba xəbər agentliyinin məlumatına görə, Yəmən ordusunun sözçüsü Şərəf Qalib Loğman bildirib ki, bu ölkənin ordu və xalq qüvvələri atəşkəsin pozulması və Yəmən xalqına qarşı hücumların artması qarşısında müdafiə və reaksiyaya məcbur olacaqlar.
Şərəf Qalib Loğman əlavə edib: Ərəbistanın başçılıq etdiyi təcavüzkar ölkələrin Yəmənə qarşı zalımcasına savaşı atəşkəsin bərqərarı ilə dayanmayıb, əksinə ötən iki gündə artıbdır.
Yəmən ordusunun sözçüsü vurğulayıb ki, ötən saatlarda Ərəbistan qırıcıları mərkəzdə yerləşən Marəb vilayətinin Cədan məntəqəsi daxil olmaqla Yəmənin müxtəlif məntəqələrini bombalayıblar.
Təcavüzkarların hərbi freqatları da Yəmənin qərb sahillərinə yaxınlaşaraq, Əlləhiyyə şəhərinə hücum ediblər.
Ərəbistanın başçılıq etdiyi təcavüzkarların Yəmənə qarşı hücumlarının şiddətlənməsi elə bir halda davam edir ki, ötən çərşənbə axşamı günündən Yəməndə yeddi günlük müvəqqəti atəşkəs elan olundu.