Yəmənlilər Ali-Səud tərəfindən atəşkəsin irimiqyaslı şəkildə pozulmasına cavab veriblər
-
Yəmənlilər Ali-Səud tərəfindən atəşkəsin irimiqyaslı şəkildə pozulmasına cavab veriblər
Yəmən ordusu və xalq qüvvələrinin hücumunda onlarla ərəbistanlı muzdlu öldürülüb.
Səhər Beynəlxalq Televiziyasının əl-Məsirə xəbər telekanalına istinadla verdiyi məlumata görə, Yəmən ordusu və xalq qüvvələri Ali-Səud təcavüzkarlarının irimiqyaslı hücumlarına reaksiyada Marib vilayətində ərəbistanlı hərbçilərin bazasına raket zərbələri endiriblər. Nəticədə 180 ərəbistanlı muzdlu öldürülüb.
Bu raket hücumunda Ərəbistanın bir qrup yüksək çinli zabiti və hərbçisi, o cümlədən səudiyyəli komandanlardan general Məsfər əl-Məqrən və onu müşayiət edənlər öldürülüb.
Yəmənli qrupların İsveçrədə müzakirələrinin davam etməsi ilə yanaşı Səudiyyə Ərəbistanı qırıcı təyyarələri Sədə vilayətinin müxtəlif böglələrində, o cümlədən Razih və Qəğmərdə yəmənlilərin evlərini və əkin sahələrini bombalayıblar.
Səudiyyəli qırıcılar xilasediciləri də raket hücumlarına məruz qoyublar. Nəticədə 19 Yəmən vətəndaşı, o cümlədən bir neçə uşaq həlak olub.
Sədədə bir hərbi rəsmi bildirib: Ali-Səud rejimi atəşkəs elan olunduqdan sonra Sədə vilayətində sərhəd bölgələrinin bombardman edilməsini dayandırmayıb. Üsəlik qadağan olunmuş silahlardan da istifadə edir və heç bir vəchlə atəşkəsə sadiq qalmayıb.