Dek 20, 2015 20:19 Asia/Baku
  • Ceyşül-Fəth terrorçuları Hələbin cənubundakı ən mühüm bazalarını itirdilər
    Ceyşül-Fəth terrorçuları Hələbin cənubundakı ən mühüm bazalarını itirdilər

Suriya ordusu Hələbin cənubunda yerləşən strateji əhəmiyyətli Xan Tuman şəhərinə nəzarəti təmin etməyi bacarıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Suriya ordu qüvvələri bu gün səhər saatlarından Livan Hizbullahı və İraqın müqavimət qüvvələrinin dəstəyi ilə Xan Tumar şəhərinin terrorçulardan təmizlənməsi əməliyyatına başlayıb. Bu əməliyyat zamanı Xan Tumar şəhərinin şərq hissələri terrorçulardan təmizlənib.

Ötən gün gecə yarısından başlanan hücumlar ordu qüvvələrinin Qərasi kəndinə hücumu ilə start götürüb və səhərə yaxın bu kəndin terrorçulardan təmizlənməsinə nail olublar.

Bu əməliyyat zamanı 50 terrorçu ölüb, daha 10 terrorçu əsir alınıb.

Xan Tumar şəhəri terrorçuların Hələb vilayətində əsas əlaqə yolları üzərində yerləşir. Suriya ordusunun bu şəhərə nəzarəti ələ keçirməsi ilə terrorçular daha bir mühüm əlaqə yolunu itirmiş olublar.

Teqlər