Al-Xəlifə rejimi qüvvələri Bəhreyn vətəndaşlarının evlərinə yürüş ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i201076-al_xəlifə_rejimi_qüvvələri_bəhreyn_vətəndaşlarının_evlərinə_yürüş_ediblər
Bəhreyndə təhlükəsizlik qüvvələrinin Kərzəkan və Malikiyyə şəhərlərində vətəndaşların evlərinə basqın etmələri zamanı 6 nəfər saxlanılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 21, 2015 06:19 Asia/Baku
  • Al-Xəlifə rejimi qüvvələri Bəhreyn vətəndaşlarının evlərinə yürüş ediblər
    Al-Xəlifə rejimi qüvvələri Bəhreyn vətəndaşlarının evlərinə yürüş ediblər

Bəhreyndə təhlükəsizlik qüvvələrinin Kərzəkan və Malikiyyə şəhərlərində vətəndaşların evlərinə basqın etmələri zamanı 6 nəfər saxlanılıb.

İRNA-nın məlumatına görə, "Manama Post" qəzeti yazır: Bəhreyn Daxili İşlər Nazirliyinin qüvvələri bazar günü Kərzəkan şəhərində vətəndaşların evlərinə basqın edərək, 5 nəfəri həbs ediblər.

Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri həmçinin, Malikiyyə şəhərində bir nəfəri həbs ediblər.

Şənbə günü də Ali-Xəlifə rejiminə bağlı qüvvələr Sar şəhərinə hücum edərək, Lui Raşid Mütəhhəri həbs ediblər.

Bəhreyn 2011-ci ildən bəri hakim rejiməleyhinə xalq etirazlarının şahididir.

Ali-Xəlifə rejimi isə Ərəbistan ordusu və muzdlu qüvvələrin dəstəyi ilə Bəhreyn xalqını repressiya etməyə, xalq etirazlarını boğmağa çalışır.