Dek 21, 2015 12:28 Asia/Baku
  • İstanbulda polis ilə aksiya iştirakçıları arasında toqquşma baş verib
    İstanbulda polis ilə aksiya iştirakçıları arasında toqquşma baş verib

Türkiyə polisi İstanbulda keçirilən etiraz aksiyasını yatırtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

İSNA xəbər agentliyinin verdiyi məlumata görə, polis qüvvələri ölkənin şərqində komendant saatının elan edilməsinə etiraz olaraq Taksim meydanı yaxınlığında aksiya keçirməyə çalışan insanlara tərəf gözyaşardıcı qaz atıb.

Türkiyə ordusu ötən həftə ölkənin cənub - şərqində əsasən kürdlər yaşayan məntəqədə geniş əməliyyatlara başlayıb.

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bildirib ki, PKK yaraqlıları tam şəkildə məhv edilənə kimi bu əməliyyatlar davam edəcək.

Türkiyə ordusu da bildirib ki, ötən 6 gün ərzində həyata keçirilən əməliyyatlar zamanı 110 PKK yaraqlısı öldürülüb.

Xəbər mənbələri bildirirlər ki, Türkiyənin cənub-şərqində bəzi kürd sakinli şəhərlər praktiki olaraq savaş meydanına çevrilib.

Teqlər