İsrail rəsmilərinin korrupsiya və əxlaqsızlıq qalmaqalı davam edir
Dek 22, 2015 09:50 Asia/Baku
İsrail polisi bu rejim rəsmilərindən 12 nəfərini korrupsiya və əxlaqsızlıq ittihamı ilə həbs edib.
"0404" internet portalının verdiyi məlumata görə, İsrail rejiminin təhlükəsizlik qüvvələri işğal altında olan Qüdsdəki sionist sakinli Mati Yəhuda qəsəbəsinin şura üzvlərindən ibarət bir neçə nəfəri əxlaqsızlıq və korrupsiya ittihamı ilə həbs edib.
Sionist rejim başçılarının ötən onillikdəki rəftarları onlar arasında əxlaqsızlıq, korrupsiya, rüşvətxorluq və vergidən yayınma hallarının yüksək olduğundan xəbər verib.
İsrail rejiminin sabiq prezidenti Moşe Katsavın əxlaqsızlıqda ittiham edilməsinin ardınca, istefa verməsi sionist rejim başçıları arasında əxlaqsızlıq və korrupsiya ilə bağlı yüzlərlə haldan biridir.