50 min yəmənli qüvvə Ərəbistana hücuma hazırdır
-
50 min yəmənli qüvvə Ərəbistana hücuma hazırdır
Yəməndəki bir hərbi mənbə bu ölkənin əlli min hərbi qüvvəsinin Ərəbistanın mövqelərinə hücuma hazır olmasından xəbər verib.
Fars xəbər agentliyinin məlumatına görə, Yəməndəki bir hərbi mənbə çərşənbə günü vurğulayıb ki, bu ölkənin əlli min hərbi qüvvəsi strateji seçimlərin birinci mərhələsi çərçivəsində Ərəbistanın mövqelərinə hücuma və bu ölkənin Cizan və Əsir məntəqələrindəki ən böyük şəhərləri ələ keçirməyə hazırdır.
Adının gizli qalmasını istəyən bu yəmənli qaynaq əlavə edib: Təcavüzkarlar və muzdurların müdafiə xətlərinin sındırılması yəmənli qüvvələrin strateji seçimlərinin birinci mərhələsinin ilkin etaplarından təkcə biridir.
Bu sözlər müştərək yəmənli qüvvələrin Ərəbistanın təcavüzlərinə cavabda Qahir tipindən olan digər bir ballistik raketi ataraq, Ərəbistanın cənubundakı Əsir məntəqəsində yerləşən Əlfəysəl hərbi bazasını hədəfə almalarından sonra bəyan edilir.