Əlibadi Ərəb Liqasının Türkiyənin təcavüzünü pisləməsini alqışlayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i201496-Əlibadi_Ərəb_liqasının_türkiyənin_təcavüzünü_pisləməsini_alqışlayıb
İraqın baş naziri Ərəb Liqasının Türkiyənin İraqa qarşı hərbi təcavüzünü pisləyən qətnaməsini ölkəsi üçün diplomatik uğur adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 27, 2015 16:47 Asia/Baku
  • Əlibadi Ərəb Liqasının Türkiyənin təcavüzünü pisləməsini alqışlayıb
    Əlibadi Ərəb Liqasının Türkiyənin təcavüzünü pisləməsini alqışlayıb

İraqın baş naziri Ərəb Liqasının Türkiyənin İraqa qarşı hərbi təcavüzünü pisləyən qətnaməsini ölkəsi üçün diplomatik uğur adlandırıb.

İraqın baş naziri Heydər Əlibadi iraqlı gənclərin toplantısında həmçinin deyib: Bəziləri İraqda çəkişmələrin artmasına çalışırlar və böhran yaratmaqla İraqın dövləti və xalqından qeyri-real tələblər edirlər.

İraqın baş naziri vurğulayıb ki, İraqın dövləti və xalqı ölkəyə dincliyin qayıtması və təhlükəsizlik durumunun yaxşılaşması üçün daim səy göstərəcəklər.