Yəmənə qarşı hücumlar davam edir, qadağa edilmiş silahlarla
-
Yəmənə qarşı hücumlar davam edir, qadağa edilmiş silahlarla
Ərəbistanın başçılıq etdiyi koalisiya Yəmənə qarşı hava hücumlarında qadağan olunmuş silahlardan istifadə edir.
Anti-Yəmən koalisiyası Yəmənin şimalında, Sədə vilayətinin Səhar məntəqəsində habelə, Kətaf və Baqəm məntəqələrində kasset bombalarından istifadə edərək, böyük dağıntılara səbəb olub.
Həmçinin, Ərəbistan qırıcıları Yəmənin qərbində, Həccə vilayətində yerləşən Heyran məntəqəsində bir məktəbi bombalayıblar.
Digər tərəfdən Yəmən ordusu və xalq qüvvələri Ərəbistana bağlı muzdlu qüvvələrin Həccə vilayətində yerləşən Hərz şəhərini ələ keçirmək üzrə 12 cəhdini uğursuz qoyub.
Yəmən ordusu və xalq qüvvələri Ərəbistan muzdlularına qarşı savaşda Yəmənin mərkəzində yerləşən Məarib vilayətində, muzdluların mövqelərinə raket zərbələri endirib, çoxlu sayda təcavüzkarı məhv edib.
Yəmənin cənub-qərbində, Təiz vilayətinin əl-Əmra dağlıq məntəqəsində təcavüzkar qüvvələrin mövqelərinin raket hücumuna məruz edilməsi nəticəsində də bir qrup təcavüzkar o cümlədən 4 sudanlı hərbçi həlak olub.
Yəmən ordusunun Ərəbistan ordusunun mövqelərini ağır artilleriya ilə hədəfə alması zamanı da bir qrup Ərəbistan hərbçisi həlak olub.