Dek 28, 2015 17:21 Asia/Baku
  • Suriyada terror aktında onlarla nəfər həlak olub
    Suriyada terror aktında onlarla nəfər həlak olub

Suriyanın mərkəzində bomba quraşdırılmış iki avtomobilin partladılması nəticəsində onlarla nəfər həlak olub.

Səhər Beynəlxalq Televiziyasının əl-Aləm xəbər telekanalına istinadlı məlumatına görə, Suriyanın mərkəzində Homs vilayətində əl-Zəhra şəhərciyinin əsas meydanının yaxınlığında bomba quraşdırılmış iki avtomobilin partladılması nəticəsində 30 nəfər həlak olub, onlarla nəfər də yaralanıb.

Partlayışda ətraf binalara çoxlu xəsarətlər dəyib.

Suriya qüvvələrinin bu ölkənin müxtəlif bölgələrində terror qruplaşmaları ilə mübarizədə uğurlar əldə etməsindən sonra terrorçular günahsız vətəndaşlara qarşı terror aktlarına üz tutublar.

Teqlər