Yəməndə Ərəbistanın casusluq təyyarəsi vuruldu
-
Yəməndə Ərəbistanın casusluq təyyarəsi vuruldu
Yəmən dairələri Təiz vilayətində Səudiyyə Ərəbistanının casusluq təyyarəsinin vurulduğunu bildiriblər.
Səhər Beynəlxalq Televiziyasının Yəmənin hərbi dairələrinə istinadla verdiyi məlumata görə, Ənsarullah Xalq Hərəkatı qüvvələri Təiz vilayətinin əl-Cəhmiliyyə məntəqəsində Ərəbistanın bir casusluq təyyarəsini vurublar.
Digər tərəfdən Yəmən ordusu və xalq qüvvələri Təizdə Həbəşi yüksəkliklərində Ərəbistana bağlı qüvvələrin ən böyük bazaları olan Həsn əl-Avə və əl-Kərbə məntəqələrini nəzarətə götürüblər.
Yəmən ordusu və xalq qüvvələri həmçinin Təiz vilayətinin əl-Zibab məntəqəsində iki bazanı ələ keçirib və onları səudiyyəli muzdlu ünsürlərdən təmizləyiblər.
Bu arada Yəmən ordusu və xalq qüvvələri Marib vilayətində özünəməxsus pusqu əməliyyatı keçirərək çoxlu sayda təcavüzkarı əsir götürüb və onlardan bir qrupunu da öldürüblər.
Başqa bir məlumata görə, bu gün Səudiyyə Ərəbistanının Yəmənə təcavüzünün davam etməsi əleyhinə etiraz aksiyası bu ölkənin İmran vilayətində keçirilib.
Bu aksiya iştirakçıları Yəmənin səsinin çatdırılması, müxtəlif dairələrə ədalətli müraciətlərin verilməsi və Ərəbistanın təcavüzü nəticəsində bu ölkənin üzləşdiyi problemlərin əks etdirilməsini vurğulayıblar.