Əl-Xəlildə Qüds İntifazəsi şəhidlərinin ailələri aksiya keçiriblər
Əl-Xəlil sakini olan şəhidlərin ailələri övladlarının cəsədinin təhvil verilməməsinə etiraz olaraq aksiya keçirib.
Səhər Beynəlxalq Televiziyasının Təsnim Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, fələstinli şəhidlərin ailəsi bazar ertəsi günü sionist rejim tərəfindən şəhidlərin cəsədlərinin təhvil verilməməsinə etiraz olaraq əl-Xəlil şəhərinin girişi yaxınlığında Ras əl-Curə məntəqəsində aksiya keçirib.
Öz şəhidlərinin şəkillərini əllərində tutan etirazçılar əl-Xəlil şəhərinin girişində keçidin qarşısını almaqla şəhidlərin cəsədinin heç bir şərt olmadan təhvil verilməsini istəyiblər.
Bu ailələrin sözçüsü Raid əl-Ətrəş Özünüidarə Təşkilatı rəsmilərinə şəhidlərin qaytarılması üzrə müraciətə toxunaraq sionist rejim tərəfindən cəsədlərin təhvil verilməməsi problemi ilə mübarizədə ictimai addımların atılmasını istəyib.
Sionist rejim rəsmiləri Qüds İntifazəsinin 142 şəhidindən 46 nəfərinin cəsədini öz yanında saxlayır və onları ailələrinə təhvil vermir.
İşğalçılar həmçinin bu şəhidlərin ailələri ilə cəsədlərin yarılmasına mane olmaqla yanaşı şərt qoyublar ki, onların dəfn mərasimi gecə vaxtı və çox az sayda insanın iştirakı ilə keçirilsin.