Bəhreyndə qeyri-qanuni həbslər davam edir
-
Bəhreyndə qeyri-qanuni həbslər davam edir
Bəhreyndə bir məhkəmə əsassız alovlandırıcı maddələri olması ittihamı ilə bu ölkənin iki vətəndaşını azadlıqdan məhrum edib.
Səhər Beynəlxalq Televiziyasının Əl-Loulou televiziyasının portalına istinadla verdiyi məlumata görə, Ali-Xəlifə rejiminin Bəhreyn vətəndaşlarının tələblərinə qarşı repressiv siyasətlərinin davamında məhkəmə hakimi Əhməd əl-Həmadi iki vətəndaşı azadlıqdan məhrum edib.
Bu məlumata görə, Ali-Xəlifə rejiminin cinayət məhkəməsi polis qüvvələrinə qarşı istifadə etmək məqsədilə molotof kokteyli saxlamaqla bağlı əsassız bəhanə ilə 1 nömrəli müttəhimi ömürlük və bu məsələdən məlumatı olan 2 nömrəli müttəhimi isə 3 il azadlıqdan məhrum edib.
Halbuki əl-Həmadi rəsmi açıqlamasında etiraf edib ki, Ali-Xəlifə rejiminin baş prokuroru yalnız rejim qüvvələrinin söylədiklərinə əsasən bu iki bəhreynliyə qarşı ittiham irəli sürüb.
Bəhreyn 2011-ci ildən indiyə qədər ictimai etirazların şahididir. Bəhreynlilər siyasi islahalatın aparılması, qanuni hökumətin qurulması , azad və demokratik seçkilərin keçirilməsi, dini və etnik ayrı-seçkilik və bərabərsizliyin aradan qaldırılmasını tələb edirlər. Lakin Ali-Xəlifə Bəhreyndə "Ada Sipəri" qüvvələri çərçivəsində yerləşdirilən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin təhlükəsizlik məmurları və hərbçilərinin köməyi ilə ictimai etirazları güclü repressiyalara məruz qoyur.