Ərəbistan səhvən öz muzdlularına hücum etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i201961-Ərəbistan_səhvən_öz_muzdlularına_hücum_etdi
Səudiyyə Ərəbistanı qırıcı təyyarələri Yəmənin cənubunda öz muzdlularının mövqelərinə hücum ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 30, 2015 06:37 Asia/Baku
  • Ərəbistan səhvən öz muzdlularına hücum etdi
    Ərəbistan səhvən öz muzdlularına hücum etdi

Səudiyyə Ərəbistanı qırıcı təyyarələri Yəmənin cənubunda öz muzdlularının mövqelərinə hücum ediblər.

Səhər Beynəlxalq Televiziyasının əl-Aləm telekanalına istinadla verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin Yəmənin cənubunda Təiz vilayətinin Həddə əl-Şəqəb məntəqəsində Ərəbistana bağlı muzdluların mövqelərinə yanlış hücumu nəticəsində 10 muzdlu ərəbistanlı ölüb və 30 nəfər də yaralanıb.

Digər tərəfdən Yəmən ordusu və xalq qüvvələri əl-Cof məntəqəsinə nüfuz etmək niyyətində olan 20 səudiyyəli təcavüzkarı əsir götürüblər.

Marib vilayətinin Səhn əl-Cin düşərgəsində səudiyyəli təcavüzkarların silah-sursat anbarı da Yəmən ordusu və xalq qüvvələri tərəfindən məhv edilib.

Səudiyyəli təcavüzkarların Səna vilayətində Cədər yaşayış məntəqəsinə hava hücumlarında 4 yəmənli həlak olub, bir neçə sivil, o cümlədən bir neçə qadın və uşaq yaralanıb. Eləcə də bu məntəqəynin yaşayış binalarına çoxlu xəsarət dəyib.

Səudiyyə Ərəbistanı ABŞ və bəzi ərəb ölkələri ilə əlbir olaraq ötən mart ayından Yəmənə qarşı hücumlara başlayıb. İndiyə qədər Yəmənin infrastruktur obyektləri, xəstəxanaları, məktəbləri və hətta yəmənlilərin mənzilləri bombardman edilmişdir. Bu hücumlarda minlərlə yəmənli həlak olmuş və yaxud yaralanmışdır.