Dek 30, 2015 14:53 Asia/Baku
  • Onlarla bəhreynli azadlıqdan məhrum edilib
    Onlarla bəhreynli azadlıqdan məhrum edilib

Bəhreyndə bir məhkəmət bu ölkənin onlarla vətəndaşını uzun müddətə azadlıqdan məhrum edib.

Səhər Beynəlxalq Televiziyasının Bəhreynin əl-Vəsət qəzetinə istinadla verdiyi məlumata görə, Bəhreynin 4-cü Cinayət Məhkəməsi çərşənbə axşamı günü 16-25 yaşlı 29 vətəndaşı Manamanın qərbində Bəni Cəmrə məntəqəsində partlayışda əli olmaq ittihamı ilə 10-55 il həbsə və yaxud ömürlük həbsə məhkum edib.

Bəhreyn məhkəməsi həmçinin terror aktlarının törədilməsi adlandırdığı məqsədlər üçün partlayıcı maddələr düzəltmək ittihamı il 3 Bəhreyn vətəndaşının vətəndaşlığını ləğv edib.

Bəhreyn 2014-cü il 14 fevraldan Ali-Xəlifə rejimi əleyhinə xalq inqilabının şahididir.

Bəhreyn rejimi etirazlar alovunu söndürmək üçün çoxlu sayda siyasi fəal, yeniyetmə və digər vətəndaşları həbs etmiş və onlar barədə saxta ittihamlar irəli sürərək onları uzun müddətə azadlıqdan məhrum etmişdir.

Halbuki insan haqları təşkilatları Bəhreyndə insan haqlarının irimiqyaslı şəkildə pozulmasına görə, Ali-Xəlifə rejimini tənqid edirlər.

Teqlər