Bəhreyndə həbs və edamlar artıb
Dek 31, 2015 19:24 Asia/Baku
Bəhreyndə bir şiə edama, 22 nəfər də ömürlük həbs cəzasına məhkum olub.
IRIB-nin məlumatına görə, bəhreynli vəkil Casim Sərxan deyib ki, bu ölkədəki bir məhkəmə bir şiə vətəndaşı edama, digər 22 nəfəri isə ömürlük həbs cəzasına məhkum edibdir.
Ali-Xəlifə rejimi iddia edir ki, bu 22 nəfərin 2014-cü ildə bir polis məmurunun öldürülməsi macərasında əli olub.
Əleyhlərinə hökm çıxarılmış 7 nəfər həbsdədir.
Bəhreyn ali cinayət məhkəməsi bu 23 nəfəri terror hərəkətlərində ittiham edibdir.
Bəhreyn məhkəmə aparatı elə bir halda bu ölkə vətəndaşlarını ağır hökmlərlə üzləşdiribdir ki, həmin ölkədə onlarla siyasi etirazçı və fəalın qətli amilləri məhkəmələrdə bəraət qazanıblar.