Bəhreynlilərin böyük Sitrə toplantısı ilə bağlı fəaliyyətləri
Bəhreyn vətəndaşları xalq tələblərinin reallaşmasınadək dinc etirazların davam etdirilməsini vurğulayıblar.
Səhər telekanalının məlıumatına görə, Bəhreyn vətəndaşları cümə günü bu ölkənin Sitrə adasında keçirilən böyük toplantıda iştirakı vurğulayaraq, Bəhreynin müxtəlif məntəqələrində dinc fəaliyyətlər aparıblar.
Bu istiqamətdə Bəhreyn vətəndaşları cümə axşamı günü gecə bu ölkənin müxtəlif şəhərlərində, o sıradan paytaxt Manamada aksiyalar keçirərək, Ali-Xəlifə rejiminin devrilməsi vacibliyi və müqəddərat təyin etmə haqqını vurğulayıblar.
Bəhreynli aksiyaçılar şüarlar verərək, böyük Sitrə toplantısında iştiraka hazır olduqlarını bildiriblər.
Əldiraz gənclər hərəkatı da bir bəyanatda Bəhreyn xalqından istəyibdir ki, geniş surətdə böyük Sitrə toplantısında iştirak etsin.
Böyük Sitrə toplantısı 14 fevral inqilabı gənclərinin təklifi və Bəhreyn xalqının tələblərinə təkid məqsədi ilə cümə günü keçirilir.