Bağdadın şimalında partlayış
-
Bağdadın şimalında partlayış
İraqın paytaxtı Bağdadın şimalında baş vermiş partlayışda 3 nəfər ölüb və yaralanıb.
İraqın rəsmi xəbər agentliyinin verdiyi məlumata görə, bu ölkənin Daxili İşlər Nazirliyi Bağdadın şimalında Tunis məntəqəsində baş vermiş partlayışda Maliyyə Nazirliyinin bir işçisi həlak olub, həyat yoldaşı və qızı isə yaralanıb.
BMT cümə günü bir bəyanat yayaraq, dekabr ayında İraqda baş vermiş toqquşmalar və terror aktları zamanı 2000-dən çox adamın həlak olduğunu bildirib.
İraqın Müştərək Əməliyyat Komandanlığından verilən məlumata görə isə, bu ölkənin təhlükəsizlik qüvvələri cümə günü axşam saatlarında Diyalə vilayətinin mərkəzi olan Bəqubə şəhərinin şərqində 10 ədəd bomba aşkar edərək, zərərsizləşdiriblər.
İŞİD terror qruplaşması ötən ilin yay fəslindən etibarən İraqın şimal və qərb hissələrini işğal edərək, bir çox cinayətlərə yol verib.