Yəmənin Ənsarullah hərəkatı Ərəbistanın düşmənçilik mövqeyini tənqid edib
-
Yəmənin Ənsarullah hərəkatı Ərəbistanın düşmənçilik mövqeyini tənqid edib
Yəmənin Ənsarullah hərəkatının sözçüsü Ərəbistan rejimini Amerikanın qərarlarının icraçısı adlandırıb.
Livanın Ələhd internet portalının məlumatına görə, Yəmənin Ənsarullah hərəkatının sözçüsü Muhəmməd Əbd Əl-İslam bazar günü Ərəbistan tərəfindən bu ölkədə atəşkəsin başa çatdığının elan olunmasına toxunaraq, deyib ki, Ali-Səud rejimi həmişə yalan danışıb və Yəməndə atəşkəs elə əvvəldən yalan idi.
Əbd Əl-İslam əlavə edib: Bütün cinayətlər və Ali-Səudun Yəmənə hücumlarının davam etməsi BMT-nin gözləri önündə olub və Ərəbistan müharibə və ya sülhdə ixtiyar və qərara malik deyil, daha doğrusu, bütün qərarlar amerikanlar tərəfindən çıxarılır.
Yəmənin Ənsarullah hərəkatının sözçüsü İsveçrədə yəmənli tərəflərin müzakirələrinin sonuncu dövrünün nisbətən qənaətbəxş nəticələrə çatdığına toxunaraq, bildirib ki, Amerika bu müzakirələrin irəliləyişinə mane oldu.