Seyid Həsən Nəsrullah: Şeyx Əl-Nimri sünni əhli deyil, Ali-Səud öldürüb
Livan Hizbullahının baş katibi Ərəbistanda mübariz şiə ruhani Şeyx Nimr Baqir Əl-Nimrin şəhadətini məzlumcasına adlandırıb və bu münasibətlə başsağlığı verib.
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah deyib: Səudiyyə rejimi Ərəbistan yarımadasında yaradılan zamandan bəri zülm və haqsızlığa söykənib və səudiyyəlilər Hərəmeyn Şərifeyn, Əhli-Beyt(ə) və Böyük Peyğəmbər(s.ə.s)-in səhabələrinin diyarını, mücahidlərin diyarı və İslam diyarını öz ailəsinin adı ilə adlandırıbdır.
Livan Hizbullahının baş katibi əlavə edib: Şeyx Əl-Nimr xalq üçün təbii azadlıq və hüquqa nail olmaq istəyirdi və onun günahı bu idi ki, bu istəyi açıq və şəffaf surətdə bəyan edirdi və demək lazımdır ki, Ərəbistanda hər bir şəxs söz danışırsa, edam olunur.
O, sonra deyib: Səudiyyəlilər illər boyudur ki, sünni-şiə fitnəsi ardıncadırlar və illər boyudur ki, Əfqanıstan və Pakistandan tutmuş İraq və Nigeriyayadək- dünyanın hər yerində şiə-sünni savaşı odunu alovlandırmağa səy göstərib və bu yolda böyük xərclər çəkiblər.
Livan Hizbullahının baş katibi vurğulayıb: Şeyx Nimri öldürmüş kəslər sünni əhlindən deyillər, onlar Ali-Səuddandırlar.
Livan Hizbullahının baş katibi deyib: Görəsən, bunun vaxtı çatmayıbdır ki, şücaət və dünyada heç bir mülahizə aparmadan deyək ki, dünya xalqlarına qarşı təhdid, cinayət, qırğın və qan axıdılması törətmiş təkfir və təkfirçiliyin hamısı elə bu ailədən və səudiyyə cərəyanından mənşə alır? Zira İŞİD-in tədris etdiyi kitablar məhz Ali-Səud məktəblərində tədris olunan kitablardır, buna görə, başa düşmək olar ki, bu iki tərəfin yolu birdir.