Ali-Səudun Yəməndə cinayətləri davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i203100-ali_səudun_yəməndə_cinayətləri_davam_edir
Ərəbistanın Yəməndə sivil əhaliyə qarşı cinayətlərinin davam etdiyi bildirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 05, 2016 14:17 Asia/Baku
  • Ali-Səudun Yəməndə cinayətləri davam edir
    Ali-Səudun Yəməndə cinayətləri davam edir

Ərəbistanın Yəməndə sivil əhaliyə qarşı cinayətlərinin davam etdiyi bildirilir.

Ərəbistan qırıcılarının Yəmənin şimalında, Sədə əyalətində yerləşən Şəif məntəqəsinə olan hücumları zamanı bir qrup insan ölüb və yaralanıb.

Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, ölən və yaralananlar arasında bir neçə qadın və uşaq da var.

Ərəbistan qırıcıları həmçinin, Yəmənin paytaxtı Sənanın cənub-qərbində, əl-Əsir məntəqəsində yerləşən bir qaz paylaşdırma stansiyasını və bir ərzaq məhsulları zavodunu bombalayıblar.

Digər tərəfdən Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın cinayətlərinə cavab olaraq, Ali-Səud rejiminə bağlı muzdluların Yəmənin Məarib vilayətində, Kufəl məntəqəsindəki bazasını raket hücumuna məruz qoyublar.