Ənsarullah sülh müzakirələrinin Küveytdə keçirilməsini istəmədi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i203103-Ənsarullah_sülh_müzakirələrinin_küveytdə_keçirilməsini_istəmədi
Yəmənin Ənsarullah hərəkatı yəmənli qruplar arasında Küveytin ev sahibliyi ilə müzakirələrin aparılmasına qarşı çıxdı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 05, 2016 14:39 Asia/Baku
  •  Ənsarullah sülh müzakirələrinin Küveytdə keçirilməsini istəmədi
    Ənsarullah sülh müzakirələrinin Küveytdə keçirilməsini istəmədi

Yəmənin Ənsarullah hərəkatı yəmənli qruplar arasında Küveytin ev sahibliyi ilə müzakirələrin aparılmasına qarşı çıxdı.

BƏƏ-də çıxan Xəlic qəzetinin yazdığına görə, Yəmənin Ənsarullah hərəkatı yəmənli qruplar arasında Küveytin ev sahibliyi ilə sülh müzakirələrinin keçirilməsi ilə müxalifət edib.

Yəmənin sabiq prezidenti və Milli Konqres Partiyasının sədri Əli Abdullah Saleh də sülh müzakirələrinin Küveytdə keçirilməsi ilə müxalifət edərək, deyib: Yəmən müzakirələrində Milli Konqres və Ənsarullah hərəkatının nümayəndələri ilə yanaşı Ərəbistan hökumətinin də nümayəndələri iştirak etməlidirlər.

Yəmənin istefa vermiş xarici işlər naziri Əbdülmalik Məxlafi Küveyt rəsmiləri ilə görüşdə yəmənli qruplar arasındakı sülh müzakirələrinin Küveytdə keçirilməsi təklifi ilə çıxış etmişdi. Küveyt də bu təklifi müsbət qarşılamışdı.

Misir və İordaniya da yəmənli qruplar arasında sülh müzakirələrinə ev sahibliyi etmək təklif olunan ölkələrdəndirlər.

Yəmənli qruplar arasında sülh müzakirələri indiyə kimi bir neçə mərhələdə İsveçrə və Omanda BMT-nin nəzarəti altında baş tutub. Amma, Ərəbistanın pozuculuğu nəticəsində bu müzakirələr nəticəsiz başa çatıb.