Ərəbistan Yəmənə qarşı hücumlarda kasset bombalardan istifadə edib
-
Ərəbistan Yəmənə qarşı hücumlarda kasset bombalardan istifadə edib
Ərəbistan qırıcıları Yəmənin paytaxtı Sənaya olan hücumlarında, yaşayış massivlərini kasset bombaları ilə bombalayıblar.
Səba Net informasiya portalının verdiyi məlumata görə, Ərəbistan qırıcıları BMT-nin xəbərdarlıqlarına əhəmiyyət verməyərək, çərşənbə günü Yəmənin paytaxtı Sənada yaşayış məntəqələrini kasset bombaları ilə bombalayıblar.
Ərəbistan qırıcılarının Yəmənə qarşı hücumlarda kasset bombalardan geniş istifadə etmələrinin ardınca sivil əhali arasında ölən və yaralananların sayı xeyli artıb.
Ərəbistanın bu cinayətləri BMT-nin kasset bombalarından istifadə ilə bağlı xəbərdarlığından sadəcə 2 gün sonra baş verib.
Yəmən silahlı qüvvələrinin sözçüsü Şərəf Qalib Loğman bu barədə deyib: Yəmən ordusu və xalqı Ərəbistan və digər təcavüzkar qüvvələrin hücumları qarşısında müqavimət göstərərək, təcavüzkarların Hərzul Təval məntəqəsinə doğru irəliləyişini önləyiblər.