Beyrutun ətrafında Bürcül-Bəracinə partlayışının amili həbs olunub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i203736-beyrutun_ətrafında_bürcül_bəracinə_partlayışının_amili_həbs_olunub
Livan təhlükəsizlik qüvvələri Beyrutun ətrafında Bürcül-Bəracinə terror partlayışlarının əsas amilini həbs ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 11, 2016 08:08 Asia/Baku
  • Beyrutun ətrafında Bürcül-Bəracinə partlayışının amili həbs olunub
    Beyrutun ətrafında Bürcül-Bəracinə partlayışının amili həbs olunub

Livan təhlükəsizlik qüvvələri Beyrutun ətrafında Bürcül-Bəracinə terror partlayışlarının əsas amilini həbs ediblər.

Səhər Beynəlxalq Televiziyasının əl-Məyadinə istinadla verdiyi məlumata görə, Livan təhlükəsizlik qüvvələri 2015-ci il noyabr ayında baş verən Bürcül-Bəracinə partlayışlarının amilini bazar günü həbs ediblər.

Livanın bir təhlükəsizlik rəsmisi bildirib: Təhlükəsizlik qüvvələri Əbu Təlhə ləqəbli Xalid Zeynəddin Seyfəddini həbs ediblər.

Livan təhlükəsizlik qüvvələri iki ay öncədən bu şəxsi nəzarət altında saxlayıb və Tripolinin əl-Qəbə məntəqəsində keçirilən əməliyyat nəticəsində həbs ediblər.

Bu terrorçu ilkin dindirmədə Suriyanın Riqqə vilayətində İŞİD komandanlarından biri ilə əlaqədə olduğunu və təhlükəsizlik qüvvələrinin Livanın şimalında əl-Zəniyə məntəqəsində məhv etdiyi Asnun qruplaşması ilə əməkdaşlıq etdiyini etiraf edib.

Qeyd edək ki, 2015-ci il noyabrın 12-də Beyrutun cənubunda Bürcül-Bəracinə məntəqəsində iki terror aktı baş verdi. Nəticədə 40-dan çox şəxs həlak oldu, təxminən 240 nəfər də yaralandı.