İstanbulda partlayış; 25 nəfər ölüb və yaralanıb
Yan 12, 2016 14:23 Asia/Baku
-
İstanbulda partlayış; 25 nəfər ölüb və yaralanıb
İstanbulun Sultan Əhməd meydanında bir intihar partlayışında on nəfər ölüb, on beşdən çox nəfər də yaralanıbdır.
Əlhəds telekanalının məlumatına görə, Türkiyə mediaları İstanbulda baş verən partlayışda on nəfərin ölməsindən xəbər veriblər.
Bir kamikadze qadın özünü İstanbulun mərkəzində partladıb və bu hərəkətdən öncə Türkiyənin təhlükəsizlik qüvvələrilə toqquşubdur.
Türkiyə hökuməti İstanbulda baş vermiş partlayışın ardınca fövqəladə iclas keçirib.
Türkiyə mediaları billdiriblər ki, partlayışda ölənlərin əksəriyyəti xarici turistlər olubdur.
Türkiyə rəsmiləri İstanbul kamikadze partlayışını terror partlayışı adlandırıblar.