Ərəbistan Yəməndə kasset bombalardan istifadə etdiyini etiraf etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i204069-Ərəbistan_yəməndə_kasset_bombalardan_istifadə_etdiyini_etiraf_etdi
Səudiyyə Ərəbistanı Yəmənə hərbi təcavüz başlandıqdan sonra ilk dəfə olaraq bu ölkədə kasset bombalardan istifadə etdiyini etiraf edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 14, 2016 06:54 Asia/Baku
  • Ərəbistan Yəməndə kasset bombalardan istifadə etdiyini etiraf etdi
    Ərəbistan Yəməndə kasset bombalardan istifadə etdiyini etiraf etdi

Səudiyyə Ərəbistanı Yəmənə hərbi təcavüz başlandıqdan sonra ilk dəfə olaraq bu ölkədə kasset bombalardan istifadə etdiyini etiraf edib.

Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadla verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı ordusunun sözçüsü Əhməd əl-Əsiri çərşənbə axşamı günü deyib: Ər-Riyad Yəmənin şimal-qərbində Həccə vilayətinə hava hücumunda kasset bombalardan istifadə edib.

Ərəbistan ordusunun sözçüsünü kasset bombalardan istifadənin olunmasına dair etirafı ilə yanaşı qeyd edək ki, bu qadağan olunmuş silahdan Yəməndə geniş səviyyədə istifadənin olunması barəsində materiallar ifşa olunmuşdur.

BMT baş katibi Ban Ki Mun 8 yanvarda Ərəbistanın Yəmənə hava hücumları barəsində nigaranlıq edərək xatırladıb ki, kasset bombalardan istifadə müharibə cinayəti hesab oluna bilər.

İnsan Haqları Gözətçisi Təşkilatı da Ərəbistanın Səna yaşayış massivlərinə qarşı kasset bombalardan istifadə etdiyini təsdiqləyib və onu müharibə cinayəti adlandırıb.