Yan 14, 2016 13:18 Asia/Baku
  • Türkiyədə dəhşətli partlayış nəticəsində 5 nəfər həlak olub
    Türkiyədə dəhşətli partlayış nəticəsində 5 nəfər həlak olub

Türkiyənin Diyarbəkir vilayətində çoxmərtəbəli polis binasında dəhşətli partlayış 5 nəfərin ölümü ilə nəticələnib.

Səhər Beynəlxalq Televiziyasının Türkiyə medialarına istinadla verdiyi məlumata görə, partlayış cümə axşamı gününün ilk saatlarında baş verib. Ardınca silahlı qarşıdurmada ən azı 8 terrorçu öldürülüb.

BBC-nin türkcə xidmətinin verdiyi məlumata görə, bu partlayışda 36 nəfər, o cümlədən sivillər yaralanıb vəonlardan bir çoxu uçqun altında qalıb.

Bu hadisə İstanbulda on alman turistin ölümü ilə nəticələnən partlayışdan sonra baş verib.

Türkiyə hökuməti bu hücumda İŞİD terror qruplaşmasının məsuliyyət daşıdığını bildirib.

Partlayış ardınca bu bina minaatan və digər ağır silahlarla hücuma məruz qalıb.

Teqlər