İŞİD İraqda böyük tələfat verdi
-
İŞİD İraqda böyük tələfat verdi
İŞİD terror qruplaşması 3 gün matəm elan etdi
Fərat Nyus informasiya agentliyinin verdiyi məlumata görə, İŞİD terror qruplaşmasının başçısı Əbubəkr Bağdadi bu qruplaşmanın bir çox üzvünün o cümlədən bir neçə komandanının ölməsinə görə 3 gün matəm elan edib.
İraq qırıcıları Əl-Ənbar vilayətində yerləşən Qaim şəhərində İŞİD terrorçularının yığıncağını bombardman edib. Bu hadisədə onlarla terrorçu o cümlədən İŞİD-in Bağdad valisi Əbu Dəa Ravi həlak olub.
Son günlər Rəmadinin Bərvanə məntəqəsində də toqquşmaların şiddətlənməsinin ardınca 237 terrorçu məhv edilib.
İraqdan daxil olan başqa bir məlumata görə, bu ölkə ordusu və könüllü xalq qüvvələri cümə axşamı İŞİD terrorçularının Səlahəddin vilayətinə olan hücumlarını zərərsizləşdiriblər.
İraq xalq qüvvələrinin komandanı Cabbar Məmurinin dediyinə görə, İŞİD terrorçuları Samira şəhərinin qərbində onlarla bomba quraşdırılmış avtomobil ilə terror aktları və partlayışlar törətməyə cəhd ediblər.
İŞİD 2014-cü ilin yayından İraqın şimal və qərb hissələrini işğal edərək, bir çox cinayətlər törədib.
Həmçinin, informasiya qaynaqları İŞİD-in kamikadze hücumları ilə bağlı məsul şəxsinin Suriyada öldürülməsindən xəbər veriblər.