Türkiyədə gərginliyin artması rəsmi Ankaranın yanlış siyasətlərinin nəticəsidir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i204234-türkiyədə_gərginliyin_artması_rəsmi_ankaranın_yanlış_siyasətlərinin_nəticəsidir
Türkiyənin Səadət Partiyası ölkədə gərginliyin artmasının səbəbini rəsmi Ankaranın yanlış siyasətlərinin nəticəsi adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 14, 2016 17:27 Asia/Baku
  • Türkiyədə gərginliyin artması rəsmi Ankaranın yanlış siyasətlərinin nəticəsidir
    Türkiyədə gərginliyin artması rəsmi Ankaranın yanlış siyasətlərinin nəticəsidir

Türkiyənin Səadət Partiyası ölkədə gərginliyin artmasının səbəbini rəsmi Ankaranın yanlış siyasətlərinin nəticəsi adlandırıb.

İRNA-nın məlumatına görə, Mustafa Kamalak cümə axşamı İstanbulda törədilən terror aktını qınayıb və deyib: Türkiyə hökumətinin militarist siyasətləri bu gün ölkənin terror hücumlarına məruz qalmasına səbəb olub.

Kamalak əlavə edib: Hakim Ədalət və İnkişaf Partiyası "Qonşularla Sıfır Problem" siyasəti ilə iqtidara gəldi. Halbuki, hazırda Türkiyə bütün sərhədlərində gərginliyə malikdir.

Çərşənbə axşamı İstanbulun tarixi Sultan Əhməd meydanında baş verən terror aktında onlarla nəfər ölmüş və yaralanmışdı.