Türkiyə dövləti terrorizmi dəstəklədiyinə görə tənqid olunub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i204243-türkiyə_dövləti_terrorizmi_dəstəklədiyinə_görə_tənqid_olunub
Rusiya Xarici İşlər Nazirliyi öz xüsusi maraqlarının reallaşması üçün terrorizmi dəstəklədiyinə görə, Türkiyə dövlətini tənqid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 15, 2016 05:40 Asia/Baku
  • Türkiyə dövləti terrorizmi dəstəklədiyinə görə tənqid olunub
    Türkiyə dövləti terrorizmi dəstəklədiyinə görə tənqid olunub

Rusiya Xarici İşlər Nazirliyi öz xüsusi maraqlarının reallaşması üçün terrorizmi dəstəklədiyinə görə, Türkiyə dövlətini tənqid edib.

Misirin "Bulbe Nyus" internet portalının məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Türkiyə özünün regiondakı gizli müharibəsində terrorizmdən istifadə edir və öz özəl maraqlarının reallaşması ardıncadır.

Zaxarova Türkiyənin Suriyadakı ifratçı və terrorçu qrupları dəstəkləməsinə toxunaraq, əlavə edib: Türkiyə terrorçuların, xüsusən İŞİD-in əli ilə Suriya neftini qaçaq etmək üçün fitnə ilə BMT Təhülkəsizlik Şurasının terrorizmin himayəsi və mənbələrinin qurudulmasının vacibliyi haqdakı qətnaməsini pozubdur.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü sonra deyib ki, Ankaranın siyasətləri regionda çəkişmələrin şiddətlənməsilə nəticələnəcək.

Zaxarova habelə Fransa xarici işlər naziri Loran Fabiusun Rusiyanın Suriyada İŞİD terrorçularının mövqelərinə qarşı hücumlarda mülkiləri hədəfə almasına dair iddiasını yalan və gerçəklikdən uzaq adlandırıb.