Yan 16, 2016 10:26 Asia/Baku
  • Bəhreynli məhbuslar etiraz aksiyasına başladılar
    Bəhreynli məhbuslar etiraz aksiyasına başladılar

Bəhreynin əl-Houz əl-Caq zindanında saxlanılan siyasi və ictimai fəallar məhbuslara edilən işgəncələrə və bir məhbusun taleyinə aydınlığın gətirilməməsinə etiraz olaraq, aclıq aksiyasına başlayıblar.

Əl-Aləm kanalının verdiyi məlumata görə, Bəhreynli insan haqları müdafiəçilərindən olan Ebtesam əl-Sai "əl-Houz əl-Caq" zindanında saxlanılan siyasi və ictimai fəalların aclıq aksiyasına başladıqlarından xəbər verib.

Ebtesam əl-Sai özünün Tvitter hesabında yazıb: Məhbuslar "Xəlil Halvaçı" adlı bir məhbusun saxlanıldığı kameradan çıxarıldığını və indiyə kimi onun taleyi barəsində heç bir məlumat ala bilmədiklərini bildirirlər.

Bu bəhreynli insan haqları müdafiəçisi əlavə edib: Məhbuslar bildiriblər ki, Halvaçının vəziyyətinə aydınlıq gətirilənə və onun sağlığının yerində olduğundan əmin olana qədər aclıq aksiyasını davam etdirəcəklər.

Əl-Sai həmçinin deyib: Əl-Houz əl-Caq zindanında saxlanılan bəzi məhbusların ailələri əlaqə saxlayaraq, zindanda məhbuslara edilən zülm və işgəncələrin durdurulması üçün beynəlxalq təşkilatlara müraciətin edilməsini istəyiblər.

Bu bəhreynli insan haqları fəalı sonda deyib: Əl-Houz əl-Caq zindanında saxlanılan siyasi və ictimai fəallar zindan keşikçiləri tərəfindən davamlı olaraq işgəncələrə məruz qalır, döyülür və şəxsi əşyaları əllərindən alınır.

Teqlər