Ərəbistanın təcavüz əməliyyat otağını kimlər idarə edir?
https://azeri.sahartv.ir/news/qərbi_asia-i204450-Ərəbistanın_təcavüz_əməliyyat_otağını_kimlər_idarə_edir
ABŞ və İngiltərə təcavüzkar Ərəbistanın hava əməliyyatı otağını idarə edirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 17, 2016 07:05 Asia/Baku
  • Ərəbistanın təcavüz əməliyyat otağını kimlər idarə edir?
    Ərəbistanın təcavüz əməliyyat otağını kimlər idarə edir?

ABŞ və İngiltərə təcavüzkar Ərəbistanın hava əməliyyatı otağını idarə edirlər.

Səhər Beynəlxalq Televiziyasının Guardian qəzetinaə istinadla verdiyi məlumata görə, Ərəbistanın Yəmənə hava hücumlarını idarə etmək üçün təşkil olunan əməliyyat otağını ABŞ və İngiltərə ordularının zabitləri idarə edirlər.

Guardian yazıb: İngiltərənin bir çox hüquq mərkəzi bu ölkə hökumətini Yəmənə təcavüzdə Ərəbistanla birbaşa əlbir olmağı gizlətdiyinə görə tənqid atəşinə tutur.

Qəzetin yazdığına görə, Ərəbistan xarici işlər naziri Adil əl-Cübeyr də amerikalı və ingilis həmkarları ilə Londonda görüşdə etiraf edib ki, Ər-Riyad ingilis və amerikalı zabitlərdən Yəməndə hava əməliyyatını istiqamətləndirmək üçün istifadə edir.

Guardian Reprieve hüquq müəssisəsinin eksperti Cennifer Gibsona istinadla yazıb: İngilis hərbçilərin Yəməndə sivillərə hücumda əlinin olması doğrudan da nigaranedicidir. Çünki toy məclisləri də bombardman edilir.

Guardian əlavə edib: İngiltərə hökuməti Yəmənə hücumda Ərəbistanla əməkdaşlıq edən inilis hərbçilərin dəqiq sayını elan etməyib.