Yan 18, 2016 10:05 Asia/Baku
  • Üç bəhreynli etirazçıya ömürlük həbs
    Üç bəhreynli etirazçıya ömürlük həbs

Bəhreyn Daxili İşlər Nazirliyi üç etirazçını ömürlük həbsə məhkum edib.

Bəhreyndə Mərat internet portalının məlumatına görə, bəhreynli müxaliflər üçün edam və ömürlük həbs hökmünün verilməsinin davamında Ali-Xəlifə rejimi məhkəməsi puç ittihamlarla üç etirazçını ömürlük həbsə məhkum edib.

Ali-Xəlifə rejimi prokurorluğu iddia edib ki, müttəhimlər Bəhreynin paytaxtı Manamanın qərbindəki Əldərz məntəqəsində polis ünsürlərindən birini qətlə yetirmək istəyirmişlər.

Bəhreyndə terror cinayətləri üzrə prokuror və ümumi vəkil Əhməd Əlhəmadi iddia edibdir ki, vurulan ittihamlar müttəhimlərin özlərinin etirafları əsasında olubdur.

Qeyd edək ki, beynəlxalq səviyyəli məlumatlara görə, Ali-Xəlifə rejiminin cinayət təhqiqatı mərkəzi, həbs olunanlardan etiraf almaq üçün onlara işgəncələr verir və sonra alınmış etiraflar əsasında onları məhkum edir.

Ali-Xəlifə rejimi 2015-ci il dekabrın 31-də bir nəfər barədə ölüm, 22 nəfər barədə isə ömürlük həbs hökmü çıxardı ki, bu 23 nəfərdən on ikisinin hökmü qiyabi şəkildə verilibdir.

Bundan öncə də bir neçə beynəlxalq və bəhreynli hüquq mərkəzi, o sıradan İnsan Haqları Cəmiyyətləri üzrə Beynəlxalq Federasiya ardıcıl surətdə edam hökmü çıxardığına görə, Ali-Xəlifə rejimini tənqid etmişdilər.

Teqlər