Səudiyyənin Yəmənin iqtisadi mərkəzlərinə qarşı hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i204660-səudiyyənin_yəmənin_iqtisadi_mərkəzlərinə_qarşı_hücumları_davam_edir
Ərəbistan Yəməndə öz hədəflərinə çatmamasının əvəzini bu ölkənin iqtisadi mərkəzlərini hədəfə almaqla çıxmağa və Yəmənin resurs və sərvətlərini məhv etməyə can atır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 18, 2016 08:46 Asia/Baku
  • Səudiyyənin Yəmənin iqtisadi mərkəzlərinə qarşı hücumları davam edir
    Səudiyyənin Yəmənin iqtisadi mərkəzlərinə qarşı hücumları davam edir

Ərəbistan Yəməndə öz hədəflərinə çatmamasının əvəzini bu ölkənin iqtisadi mərkəzlərini hədəfə almaqla çıxmağa və Yəmənin resurs və sərvətlərini məhv etməyə can atır.

Əlməyadin telekanalının məlumatına görə, Ərəbistan Yəmənin ordu və xalq qüvvələrinin qüdrətinə reaksiyada bu ölkənin Əlhədidə məntəqəsinin şərqindəki Əlmərai süd məmulatı istehsalı və ən böyük heyvandarlıq şirkətlərindən birini bombalayıbdır.

Bir neçə ay bundan öncə də səudiyyə ordusu həmin şirkətə aid olan başqa bir heyvandarlıq mərkəzini hədəfə almışdı.

Əlməsirə telekanalı da bildiribdir ki, səudiyyə qırıcıları Yəmənin İb vilayətindəki Əlsəbrə məntəqəsində yerləşən Əlləyl bazarını hədəfə alıblar ki, nəticədə iki nəfər həlak olub, on nəfər də yaralanıbdır.

Bu məlumata görə, ərəbistanlı qırıcıların Səna vilayətindəki Bəlad Əlrus məntəqəsinin Carif məhəlləsinə qarşı hava hücumları nəticəsində bir neçə nəfər ölüb və yaralanıbdır.

Digər bir xəbərə əsasən, bazar ertəsi günü Ədən şəhərinin polis rəisi Şəllal Şaənin mənzilinin yaxınlığında baş verən partlayış nəticəsində bir neçə nəfər ölüb və yaralanıbdır.