Ərəbistan qırıcılarının Yəmənə hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i204768-Ərəbistan_qırıcılarının_yəmənə_hücumları_davam_edir
Ərəbistan qırıcıları dünən gecə Yəmənin bir sıra şəhərlərini bombardman ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 19, 2016 13:29 Asia/Baku
  • Ərəbistan qırıcılarının Yəmənə hücumları davam edir
    Ərəbistan qırıcılarının Yəmənə hücumları davam edir

Ərəbistan qırıcıları dünən gecə Yəmənin bir sıra şəhərlərini bombardman ediblər.

Yəmənin əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, Ali-Səud rejiminin qırıcı təyyarələri Yəmənin Sədə, Cəuf, Həccə, İmran, Təiz, Məarib və Bəyza vilayətlərində yaşayış məntəqələrini və sivil infrastrukturları bombardman ediblər.

Sədə və Təiz vilayətlərində Ərəbistan qırıcılarının hücumları nəticəsində 3 nəfər o cümlədən bir qadın həlak olub, 4 nəfər isə yaralanıb.

İb və Təiz vilayətləri arasındakı əlaqə yolu da Ərəbistan qırıcılarının hücumları nəticəsində yararsız vəziyyətə düşüb.

Ərəbistan qırıcıları həmçinin Məarib vilayətində Survah qəsəbəsini və Bəyza vilayətində Qeyfə məntəqəsini bombardman ediblər.

Yəmənin Həccə vilayətində yerləşən Heyran qəsəbəsində, Kers dağlıq məntəqəsi də hücuma məruz qalıb. Hələ ki, bu hücumun ehtimal olunan insan tələfatı barədə məlumat yayılmayıb.

2015-ci ilin martından etibarən Ərəbistan anti-Yəmən koalisiyasına daxil olan ölkələr ilə birlikdə Yəmənə qarşı havadan, qurudan və dənizdən geniş hücumlara başlayıblar. İndiyə kimi 7000 yəmənli bu hücumlar nəticəsində həyatını itirib, bir milyona yaxın insan yaşayış yerindən didərgin düşüb.

Yəmənin sivil infrastrukturlarının 80%-i də bu hücumlar nəticəsində dağılıb.