Terrorçular Suriyanın müxtəlif bölgələrində ağır itki verdilər
-
Terrorçular Suriyanın müxtəlif bölgələrində ağır itki verdilər
Suriya ordusu bu ölkənin müxtəlif vilayətlərində terrorçulara ağır zərbələr endirib.
Səhər Beynəlxalq Televiziyasının Suriyanın əl-Əxbariyyə telekanalına istinadla verdiyi məlumata görə, Suriya ordusunun bölmələri Dəməşqin Hərəsta beynəlxalq şose yolunun şərqində öz nəzarətini genişləndirib və terror qruplaşmalarına ağır xəsarət və zərər vurublar.
Suriya qüvvələri həmçinin terror qruplaşmalarının tunelləri, kanalları və hərbi istehkamlarını aşkarlayıblar.
Suriyanın qərbində Həmada da ordunun bölmələri Həmanın cənub-qərb bölgəsində bir terror qruplaşmasının üzvlərini məhv ediblər.
Dəra vilayətinin Təlq kəndində onlarla terrorçu, o cümlədən terror başçıları öldürülüb.
Suriya ordusu bölmələri həmçinin Dərada terror qruplaşmalarına hücumlarını davam etdiriblər və bu qruplaşmalar Şeyx Miskində və Dəranın şərqində Rəxm şose yolunda çoxlu sayda terrorçu və bir neçə başçının öldürüldüyünü etiraf ediblər.
Suriyanın şərqində Deyruz-Zurda da Rəşidiyyə məhəlləsinin ətrafına nüfuz etməyə cəhd edən terrorçularla toqquşan ordu qüvvələri çoxlu sayda terrorçunu öldürüblər.
Həmçinin Suriya ordusunun bölmələri Hələbin Səlahəddin məhəlləsində terror qruplaşmalarının bir tunelini məhv ediblər.
Suriyanın qərbində Laziqiyyədə də ordu bölmələri xalq qüvvələrinin əməkdaşlığı ilə Kəndisiyyə, Səkəriyyə kəndləri, onun ətrafındakı təpələrə, Rasul-Kəbir, Rasul-Qəzal, Xənadiq, Kəndisiyyə, Kəzbər və Sindiyan dağlarına nəzarəti tam şəkildə ələ keçiriblər.