Ərəbistanın şərqində dinc aksiyalar davam edir
-
Ərəbistanın şərqində dinc aksiyalar davam edir
Ərəbistanın şərq sakinləri Ali-Səud rejiminin repressiya siyasətlərinin davam etməsinə etirazda aksiya keçiriblər.
Fars xəbər agentliyinin məlumatına görə, Ərəbistanın şərqindəki Ələvamiyyə şəhərinin sakinləri çərşənbə günü gecə "Qanın qılınc üzərində qələbəsi" adı ilə aksiya keçirərək, Ali-Səud rejiminin cinayətkar siyasətlərinin davam etməsinə etiraz ediblər.
Belə bir halda, Ərəbistanın şərq sakinlərinin bu ölkədə mübariz şiə ruhani Şeyx Nimir Baqir Əl-Nimirin edamına qarşı dinc aksiyalarının artmasından sonra səudiyyə hökuməti bu ölkənin şərq məntəqələrində təhlükəsizlik tədbirləri görübdür.
Ali-Səud rejimi 2016-cı il yanvarın ikisində şiə ruhani Şeyx Nimir Baqir Əl-Nimri edam etdi.
Şeyx Nimir Baqir Əl-Nimrin edamı dünyanın müxtəlif məntəqələrində, xüsusən islami ölkələrdə etirazlara səbəb oldu.