Qüds intifazəsi şəhidlərinin sayı artıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i205367-qüds_intifazəsi_şəhidlərinin_sayı_artıb
Sionist hərbçilər tərəfindən daha bir fələstinlinin şəhid olması ilə Qüds intifazəsi şəhidlərinin sayı 165 nəfərə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 24, 2016 15:11 Asia/Baku
  • Qüds intifazəsi şəhidlərinin sayı artıb
    Qüds intifazəsi şəhidlərinin sayı artıb

Sionist hərbçilər tərəfindən daha bir fələstinlinin şəhid olması ilə Qüds intifazəsi şəhidlərinin sayı 165 nəfərə çatıb.

Fələstin informasiya mərkəzinin məlumatına görə, sionist hərbçilər bazar günü səhər Qüdsün Əbudis qəsəbəsində fələstinli gənc Muhəmməd Nəbil Həlbiyəni atəşə tutaraq, şəhid ediblər.

Bir sionist sayt iddia edibdir ki, bu fələstinli gənc sionist hərbçilər arasında partlayış əməliyyatı keçirmək niyyətində olub.

Digər bir xəbərə görə, çoxlu sayda sionist qüvvə Əlxəlilin cənubundakı Vadi Əlhəriyyə və mərkəzindəki Nimrə məntəqələrinə basqın edərək, Fələstin parlamentində Həmas-ın tabeliyində olan fraksiyanın nümayəndələrindən Hatəm Qəfişəni və Fələstin meriyaları və şuraları üzrə keçmiş nazir İsa Xəyri Əlcəbrini həbs edib.