Yan 28, 2016 14:47 Asia/Baku
  • F.Miqdad: Qərbin Suriya əleyhinə sanksiyalarına son qoyulmalıdır
    F.Miqdad: Qərbin Suriya əleyhinə sanksiyalarına son qoyulmalıdır

Suriya xarici işlər nazirinin müavini Qərbin bu ölkə xalqına qarşı sanksiyalarına son qoyulmasını istəyib.

Səhər Beynəlxalq Televiziyasının SANA-ya istinadla verdiyi məlumata görə, Suriya xarici işlər nazirinin müavini Feysəl Miqdad çərşənbə günü Dəməşqdə Ümumdünya Qida Proqramının nümayəndəsi Yakob Kyrenlə görüşdə deyib: Qərbin Suriya xalqına qarşı sanksiyalarına son qoymaq üçün səy göstərmək zəruridir. Çünki bu sanksiya Suriya vətəndaşlarına zərbə vurur.

Feysəl Miqdad həmçinin suriyalı ehtiyaclılara ərzaq yardımlarının çatdırılması üçün Suriyanın Ümumdünya Qida Proqramı ilə əməkdaşlığının gücləndirilməsinin yollarını araşdırıb.

Yakob Kyren də öz etimadnaməsini Suriya xarici işlər nazirinin müavininə təqdim edərək Suriyada Ümumdünya Qida Proqramının işinin sadələşdirilməsi üzrə suriyalı rəsmilərin səylərini alqışlayıb.

Teqlər